BURADA REKLAMINIZ OLA
BİLƏR

Şöbənin qarşısında tanışlarını döyən ana-bala ilə bağlı QƏRAR

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Maya Hacızadə və qızı Ülkər Hacıyevanın (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.
 

İttihama görə, hadisə 23 noyabr 2023-cü il tarixdə, saat 12:50 radələrində Şirvan ŞPŞ-nin giriş qapısının qarşısında qeydə alınıb.


Belə ki, Maya Hacızadə qızı Ülkər Hacıyeva ilə birgə əvvəllər tanıdığı, zərərçəkmiş M.M.-in (adı, soyadı şərtidir) üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər ediblər. Onlar zərərçəkmiş şəxsə nalayiq söyüşlərlə söyüb təhqir edib, Maya əlində olan evinə məxsus açar toplusundan silah qismində istifadə etməklə qəsdən M.M-in saçından tutub baş nahiyəsinə vurub. Ülkər isə əlində olan əl çantası ilə qəsdən zərərçəkmiş şəxsin boyun nahiyəsinə vuraraq ona xəsarət yetirib.


Şirvan Şəhər Məhkəməsinin hökmü ilə hər iki qadına ittihamedici hökm çıxarılıb. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Şirvan Apellyasiya Məhkəməsii hökmü dəyişdirmədən saxlayıb.

Kamal Məmmədov 

Tarix: 8 Avqust 2025, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin