Reklam

Keçmiş həyat yoldaşı tərəfindən döyülən qadın məhkəmədə onu bağışladı

Qaradağ Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Vahid Səttarzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə 15 iyul 2025-ci il tarixdə, saat 18:00 radələrində paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.


Belə ki, Vahid Səttarzadə fərdi yaşayış evində keçmiş arvadı, zərərçəkmiş Mələk Məlikzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman o, əl və ayaq zərbələri ilə qadının üz və ayaq nahiyələrinə vuraraq ona bədən xəsarəti yetirib.


Hadisədən sonra Vahid Səttarzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tamamilə ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.


Kamal Məmmədov 

Tarix: 8 Avqust 2025, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin