BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüseyn Cavid prospekti ilə hərəkət edənlərin nəzərinə

Bakıda “Elmlər Akademiyası” metrostansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə kəsintisiz mikrobibillik zolağının təşkili istiqamətində işlər aparılır.

 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən və Məmməd Rahim, Bəxtiyar Vahabzadə küçələri, eləcə də Mətbuat prospekti ilə əlaqələndirilən mikromobillik şəbəkəsi Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər uzadılıb.

 

Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq.

Tarix: 8 Avqust 2025, 15:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin