Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqton səfəri sülhə, sabitliyə və güclü iqtisadiyyata aparan yolda mühüm addımdır. Hazırda bütün dünya ölkələri Azərbaycanın dövlət maraqlarının beynəlxalq müstəvidə müdafiəsinə tarixi şahidlik edir. Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin sülh quruculuğu siyasəti çərçivəsində Azərbaycan bütün platformalarda həlledici açar mövqeyində çıxış edir, Azərbaycanın milli maraqları önə çəkilir. Prezident İlham Əliyevin ABŞ-yə rəsmi dəvəti və danışıqlar prosesində ən üst səviyyədə vasitəçilik deməyə əsas verir ki, sülhə gedən yolda yeni mərhələyə qədəm qoyulur. Azərbaycanın beynəlxalq nüfuzunun artmasını və regionda balanslı, habelə proaktiv xarici siyasət kursuna sadiqliyi deməyə əsas verir ki, tərəflərin konkret razılıqlar əldə etmələri yeni imkanlara qapı açacaq. Eyni zamanda ABŞ-Azərbaycan münasibətlərini yeni mərhələyə daşıyacaq.
Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Samir Vəliyev deyib ki, Cənubi Qafqaz sülh və əməkdaşlıq üçün yeni tarixi mərhələ astanasındadır.

Deputat xatırladıb ki, Azərbaycan Ermənistanın 30 illik işğal siyasətinə öz gücü ilə son qoyub.
O bildirib ki, bundan sonra isə bölgədə yeni səhifə açılmalıdır: “Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona səfəri böyük əhəmiyyət kəsb edir. Səfər təkcə regional məsələlərin deyil, Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin gələcəyi baxımından da önəmlidir. Məlumdur ki, Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərində müsbət dinamika müşahidə olunur. Bayden Administrasiyası dövründə gərginləşən ikitərəfli əlaqələr hazırda qarşılıqlı etimad və siyasi dialoq əsasında yenidən canlanır. Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycanın qlobal siyasi proseslərdə prinsipial mövqe nümayiş etdirən diplomatik xəttinin davamıdır. Bu səfər həmçinin ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti təsdiqidir. Vaşinqtonda dövlət başçıları tərəfindən aparılacaq müzakirələrin nəticələri yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərinə təsir göstərə bilər. Çox təqdirəlayiqdir ki, artıq Tramp Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin icrasının dayandırılması haqqında qərar verib. Bu qərar ölkəmizə qarşı ədalətsiz yanaşmanı ortadan qaldırır. Düşünürəm ki, ötən gün Vaşinqtonda Prezident İlham Əliyevlə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü də kifayət qədər səmərəli oldu. Dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanması da gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir”.
S.Vəliyev bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit şərait yaranıb: “İndiyədək müəyyən beynəlxalq aktorların Azərbaycan və Ermənistan arasında vasitəçilik təşəbbüsləri konkret nəticə verməyib. Tərəflər yalnız ikitərəfli platforma çərçivəsində irəliləyiş əldə ediblər. Bu ilin əvvəlində tərəflərin sülh sazişinin mətnini razılaşdırmaları məhz ikitərəfli danışıqlar nəticəsində əldə olunub. Bununla belə, beynəlxalq aktorlar proseslə bağlı tərəfsiz mövqe nümayiş etdirib optimal təşəbbüslər irəli sürsələr, bunu dəyərləndirmək mümkündür. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsinin fonunda Moskvanın Cənubi Qafqazda mövqeləri zəifləyib. Son illər qardaş Türkiyənin qlobal güc kimi meydana çıxması isə regionumuzdakı proseslərə də təsirsiz ötüşmür. Nəzərə alaq ki, Ankara Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəal təşəbbüslər göstərir. Bir müddət öncə Nikol Paşinyanın Ankaraya dəvət olunması da bunun göstəricisidir. Digər tərəfdən, Qərbin enerji və nəqliyyat dəhlizlərinə marağının yüksəlməsi ABŞ-a da proseslərə daha fəal qoşulmaq şansı yaradıb. Bayden Administrasiyası dövründə Vaşinqton bir sıra vasitəçilik təşəbbüsləri göstərsə də, ermənipərəst mövqe sərgilənməsi həmin təşəbbüslərin fiaskosuna səbəb oldu. Lakin hazırda Tramp Administrasiyası fərqli mövqe nümayiş etdirir. Bu gün rəsmi Vaşinqton Cənubi Qafqazda sülhün tezliklə əldə olunmasının tərəfdarıdır. Eyni zamanda Tramp Administrasiyası Zəngəzur dəhlizinin də açılmasına maraqlıdır. Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Gündəliyin əsas mövzusu da iki ölkə arasında sülh sazişinin imzalanması üçün vacib addımların atılmasıdır. Donald Tramp bəyanat verərək bu hadisənin tarixi əhəmiyyətini vurğulayıb. Verilən açıqlamalar və şərhlərdən belə qənaətə gəlmək olar ki, bu gün Vaşinqtonda çox ciddi qərarlar qəbul olunacaq. Həm sülh sazişi, həm də Zəngəzur dəhlizinin açılması istiqamətində müvafiq sənədlərin imzalanması gözlənilir. Donald Tramp yenidən Prezident seçildikdən sonra dünyada müharibələrin dayandırılmasına çalışacağını bəyan etmişdi. Nəzərə alaq ki, bu gün beynəlxalq birliyin diqqəti Vaşinqtondadır. Xüsusilə, Azərbaycan ictimaiyyəti Vaşinqtondan xoş xəbərlər gözləyir. Ümid edirik ki, nəhayət, Cənubi Qafqazda yeni bir səhifə açılacaq, xalqlarımız bundan sonra sülh və əməkdaşlıq şəraitində yaşayacaqlar. Xüsusilə, xalqımız Prezidentimiz İlham Əliyevin növbəti zəfərinə şahid olacaq”.
Milli Məclisin deputatı Razi Nurullayev isə bildirib ki, Azərbaycan Prezidentinin ABŞ səfəri, eyni zamanda Ermənistan baş naziri Nikol Paşinyanın da Vaşinqtonda olması, region üçün tarixi əhəmiyyət daşıyan proseslərin yeni nəfəs aldığını göstərir:

“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh müqaviləsinin imzalanması ehtimalı Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşması baxımından mühüm addım olacaq. Azərbaycan üçün əsas prioritetlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, yalnız ölkəmizin deyil, bütün regionun iqtisadi inteqrasiyası, enerji və nəqliyyat təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir. Eyni zamanda 907-ci düzəlişin icrasının dayandırılması haqqında Amerika Prezidenti sənəd imzalayacaq. Bu addım Azərbaycan–ABŞ münasibətlərinə yeni dinamika qatmaqla, strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edəcək. Şübhəsiz ki, proseslərə Rusiya və İranın münasibəti diqqətlə izlənəcək. Hər iki ölkə bölgədə baş verən dəyişiklikləri öz maraqları prizmasından qiymətləndirir. Azərbaycanın məqsədi isə bütün tərəflərin maraqları gözlənilməklə milli maraqlarını qorumaq və beynəlxalq hüquqa əsaslanan sülhün təmininə nail olmaqdır. Bu səfər Azərbaycanın dövlət maraqlarının beynəlxalq aləmdə müdafiəsi, suverenliyimizin möhkəmləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı strateji hədəflərimizin reallaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Əminik ki, danışıqlar nəticəsində atılacaq addımlar təkcə iki ölkə arasında deyil, bütün region üçün yeni bir sabitlik və əməkdaşlıq mərhələsinin başlanğıcı olacaq”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

17 Aprel 08:52
17 Aprel 08:39
17 Aprel 08:33
17 Aprel 08:27
17 Aprel 08:23
17 Aprel 08:19
17 Aprel 08:11
17 Aprel 08:07
17 Aprel 08:04
17 Aprel 07:40
17 Aprel 01:34
17 Aprel 01:30
17 Aprel 00:48
17 Aprel 00:47
17 Aprel 00:45
16 Aprel 23:01
16 Aprel 21:53
16 Aprel 21:13
16 Aprel 20:54
16 Aprel 20:22
16 Aprel 20:18
16 Aprel 20:15
16 Aprel 19:57
16 Aprel 19:55
16 Aprel 19:50
16 Aprel 19:25
16 Aprel 19:09
16 Aprel 19:08
16 Aprel 19:01
16 Aprel 17:48
16 Aprel 17:08
16 Aprel 17:06
16 Aprel 17:00
16 Aprel 16:42
16 Aprel 16:30
16 Aprel 16:14
16 Aprel 16:14
16 Aprel 16:13
16 Aprel 16:08
16 Aprel 16:05
16 Aprel 15:56
16 Aprel 15:46
16 Aprel 15:45
16 Aprel 15:27
16 Aprel 15:23
16 Aprel 15:08
16 Aprel 15:05
16 Aprel 14:58
16 Aprel 14:52
16 Aprel 14:29
16 Aprel 14:09
16 Aprel 13:39
16 Aprel 12:48
16 Aprel 12:43
16 Aprel 12:42
16 Aprel 12:37
16 Aprel 12:30
16 Aprel 12:23
16 Aprel 12:17
16 Aprel 11:55
16 Aprel 11:46
16 Aprel 11:38
16 Aprel 11:30
16 Aprel 11:10
16 Aprel 11:02
16 Aprel 10:57
16 Aprel 10:49
16 Aprel 10:39
16 Aprel 10:36
16 Aprel 10:32
16 Aprel 10:26
16 Aprel 10:20
16 Aprel 10:16
16 Aprel 09:57
16 Aprel 09:56
16 Aprel 09:49
16 Aprel 09:44
16 Aprel 09:35
16 Aprel 09:27
16 Aprel 09:20
16 Aprel 09:08
16 Aprel 08:23
16 Aprel 01:02
16 Aprel 00:29
16 Aprel 00:22
16 Aprel 00:12
15 Aprel 23:54
15 Aprel 22:21
15 Aprel 22:17
15 Aprel 21:18
15 Aprel 20:33
15 Aprel 20:32
15 Aprel 20:10
15 Aprel 19:24
15 Aprel 18:24
15 Aprel 18:15
15 Aprel 17:58
15 Aprel 17:27
15 Aprel 17:18
15 Aprel 17:06
15 Aprel 16:50
15 Aprel 16:47
15 Aprel 16:38
15 Aprel 16:14
15 Aprel 15:52
15 Aprel 15:23
15 Aprel 15:21
15 Aprel 15:18
15 Aprel 15:05
15 Aprel 14:52
15 Aprel 14:27
15 Aprel 14:24
15 Aprel 14:21
15 Aprel 14:20
15 Aprel 14:16
15 Aprel 14:15
15 Aprel 14:09
15 Aprel 14:06
15 Aprel 13:30
15 Aprel 13:29
15 Aprel 13:28
15 Aprel 13:12
15 Aprel 12:37
15 Aprel 12:15
15 Aprel 12:13
15 Aprel 11:55
15 Aprel 11:47
15 Aprel 11:35
15 Aprel 11:35
15 Aprel 10:54
15 Aprel 10:50
15 Aprel 10:02
15 Aprel 09:27
15 Aprel 09:18
15 Aprel 09:00
15 Aprel 08:57
15 Aprel 08:55
15 Aprel 08:55
15 Aprel 08:54
15 Aprel 08:53
15 Aprel 08:19
15 Aprel 08:16
15 Aprel 08:08
15 Aprel 08:04
15 Aprel 01:37
15 Aprel 01:35
14 Aprel 22:35
14 Aprel 22:11
14 Aprel 21:55
14 Aprel 20:25
Ən son xəbərləri səhifəmizdən də izləyin