Reklam

İdmana yeni başlayanlar əzələ ağrısının qarşını almaq üçün bunu etsinlər

Yoqaya və idmana yeni başlayan şəxslərdə əzələ ağrıları tez-tez rast gəlinir.

 

Pravda.az bildirir ki, yoqa, boyun, bel və oynaq ağrılarını azaltmağa kömək edən məşhur alternativ terapi üsulu olsa da, bəzi hallarda əzələ-oynaq ağrılarına da səbəb ola bilər. Araşdırmalara görə, yeni başlayanların təxminən 10,7%-ində yoqadan sonra ağrılar müşahidə edilir.

 

Bu ağrılar, əzələlərin yeni fiziki aktivliyə uyğunlaşmağa çalışmasının göstəricisidir. Ən çox rast gəlinən narahatlıq isə "gecikmiş başlanğıclı əzələ ağrısı" (DOMS) adlanır və məşqdən 24-72 saat sonra ortaya çıxır.

 

Əzələ ağrılarını azaltmaq üçün tövsiyələr:

 

Qızınma hərəkətləri: Məşqdən əvvəl bədəninizi yüngül hərəkətlərlə isidin.

 

Su içmək: Kifayət qədər su qəbul etmək əzələlərin funksiyasını yaxşılaşdırır.

 

İstirahət: Eyni əzələləri təkrar yükləmədən öncə 48 saat ara verin.

 

Düzgün texnika: Hərəkətləri düzgün etmək zədələnmə riskini azaldır.

 

Gərilmə hərəkətləri: Məşqdən sonra əzələlərinizi rahatladın.

 

Yavaş irəliləmə: Bədəninizi tədricən yükləyin, ani hərəkətlərdən çəkinin.

 

Yeni başlayanlar üçün bu tədbirlər əzələ ağrılarını azaldaraq daha davamlı və sağlam məşq vərdişi yaratmağa kömək edə bilər.

 

Əminə Bayramova

Tarix: 8 Avqust 2025, 17:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin