BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cənubdan Şimaldan Zəngəzur dəhlizinə qəzəblə baxanlar! Nə şirin quyruğu, nə də ayının pəncəsi insan ağlından iti ola bilməz”

“Cənubdan Şimaldan Zəngəzur dəhlizinə qəzəblə baxanlar! Bundan sonra ürək sözlərinizi cənab Trampa yazarsınız! Rahat olun, bu dəhlizin ağsaqqalı sizlərə çox mülayim cavab verəcək. İqtisadiyyat, ticarət illərdir düşmən vəziyyətində olan xalqları yaxınlaşdıracaq. Azacıq ağılları olsa, ermənilərin son addımlarından dərs götürərlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

 

“Bu bölgədə yalnız isbat olunmuş bir teorem işləyir: Azərbaycanla dost olanlar qazanırlar. Nə şirin quyruğu, nə də ayının pəncəsi insan ağlından iti ola bilməz. Məsələlərə ağılla yanaşsanız hamınız üçün nə qədər faydalı bir layihənin gerçəkləşdiyini görəcəksiniz” – o qeyd edib.

Tarix: 9 Avqust 2025, 01:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin