BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. 

 

Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

 

Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub.

Tarix: 15 İyul 2020, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin