Tərtər Rayon Məhkəməsində dələduzluq, xuliqanlıq və qanunsuz silah saxlamada təqsirləndirilən Elvin Babayevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamil Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Elvin Babayev tanışları olan 2 zərərçəkmiş şəxsə Goranboy rayon ərazisində münasib qiymətə təsərrüfata yararlı torpaq sahəsi tapıb qısa zaman ərzində onların adına rəsmiləşdirəcəyinə dair yalan vədlər verib. O, 2021-2022-ci illərdə Tərtər rayonunun Xoruzlu kəndində yerləşən təsərrüfat obyektində həmin şəxslərdən ümumilikdə 37 400 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa Elvin Babayev 2024-cü ilin sentyabr ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə, saat 18 radələrində Tərtər rayonunun Xoruzlu kəndində yerləşən özünə məxsus təsərrüfat obyektinin qarşısında və daha sonra həmin təsərrüfat obyektinin qarşısındakı küçədə tanışı, zərərçəkmiş Xalid Məmmədov ilə aralarında heç bir əsaslı səbəb olmadan mübahisə edib. Təxminən 15-20 dəqiqə müddət ərzində davam edən mübahisə zamanı o, zərərçəkmiş şəxsə qarşı nalayiq sözlər işlədib, sonra öz avtomobilində saxladığı bıçağı götürərək Xalid Məmmədovun döş qəfəsinə bir dəfə qəsdən zərbə vurub. Nəticədə, Elvin zərərçəkmiş şəxsə yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq cinayətini törədib.
Bundan başqa, Elvin Babayev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 sentyabr 2024-cü il tarixdə, saat 14:29-da Tərtər rayonu Xoruzlu kəndində saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilib. Şöbənin inzibati binasının xidməti otaqlarının birində şəxsi axtarış və götürmə keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə daşıyaraq saxladığı lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş ov tüfənginin kəsiyi və gödəkçəsinin cibindən ov bıçağı aşkar edilərək götürülüb.
Qeyd: Elvin Babayev Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 213.2.2-ci (ergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinib və 1 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum olunmuşdu.
Kamal Məmmədov
16 Aprel 09:35
16 Aprel 09:27
16 Aprel 09:20
16 Aprel 09:08
16 Aprel 08:23
16 Aprel 01:02
16 Aprel 00:29
16 Aprel 00:22
16 Aprel 00:12
15 Aprel 23:54
15 Aprel 22:21
15 Aprel 22:17
15 Aprel 21:18
15 Aprel 20:33
15 Aprel 20:32
15 Aprel 20:10
15 Aprel 19:24
15 Aprel 18:24
15 Aprel 18:15
15 Aprel 17:58
15 Aprel 17:27
15 Aprel 17:18
15 Aprel 17:06
15 Aprel 16:50
15 Aprel 16:47
15 Aprel 16:38
15 Aprel 16:14
15 Aprel 15:52
15 Aprel 15:23
15 Aprel 15:21
15 Aprel 15:18
15 Aprel 15:05
15 Aprel 14:52
15 Aprel 14:27
15 Aprel 14:24
15 Aprel 14:21
15 Aprel 14:20
15 Aprel 14:16
15 Aprel 14:15
15 Aprel 14:09
15 Aprel 14:06
15 Aprel 13:30
15 Aprel 13:29
15 Aprel 13:28
15 Aprel 13:12
15 Aprel 12:37
15 Aprel 12:15
15 Aprel 12:13
15 Aprel 11:55
15 Aprel 11:47
15 Aprel 11:35
15 Aprel 11:35
15 Aprel 10:54
15 Aprel 10:50
15 Aprel 10:02
15 Aprel 09:27
15 Aprel 09:18
15 Aprel 09:00
15 Aprel 08:57
15 Aprel 08:55
15 Aprel 08:55
15 Aprel 08:54
15 Aprel 08:53
15 Aprel 08:19
15 Aprel 08:16
15 Aprel 08:08
15 Aprel 08:04
15 Aprel 01:37
15 Aprel 01:35
14 Aprel 22:35
14 Aprel 22:11
14 Aprel 21:55
14 Aprel 20:25
14 Aprel 20:18
14 Aprel 19:12
14 Aprel 18:29
14 Aprel 18:25
14 Aprel 18:23
14 Aprel 18:19
14 Aprel 18:06
14 Aprel 17:59
14 Aprel 17:40
14 Aprel 17:37
14 Aprel 17:35
14 Aprel 17:28
14 Aprel 17:23
14 Aprel 17:12
14 Aprel 17:07
14 Aprel 17:04
14 Aprel 16:58
14 Aprel 16:38
14 Aprel 16:35
14 Aprel 16:34
14 Aprel 16:25
14 Aprel 16:10
14 Aprel 16:05
14 Aprel 15:37
14 Aprel 15:31
14 Aprel 14:54
14 Aprel 14:52
14 Aprel 14:52
14 Aprel 14:02
14 Aprel 14:00
14 Aprel 13:33
14 Aprel 13:30
14 Aprel 13:08
14 Aprel 13:07
14 Aprel 13:05
14 Aprel 13:04
14 Aprel 13:02
14 Aprel 12:56
14 Aprel 12:52
14 Aprel 12:48
14 Aprel 12:18
14 Aprel 12:09
14 Aprel 12:08
14 Aprel 12:05
14 Aprel 11:59
14 Aprel 11:52
14 Aprel 11:35
14 Aprel 11:13
14 Aprel 10:53
14 Aprel 10:48
14 Aprel 10:26
14 Aprel 10:25
14 Aprel 10:14
14 Aprel 10:07
14 Aprel 09:53
14 Aprel 09:49
14 Aprel 09:38
14 Aprel 09:37
14 Aprel 09:35
14 Aprel 09:33
14 Aprel 09:31
14 Aprel 09:28
14 Aprel 09:28
14 Aprel 09:26
14 Aprel 09:22
14 Aprel 09:03
14 Aprel 09:00
14 Aprel 08:55
14 Aprel 08:52
14 Aprel 01:55
14 Aprel 01:37
14 Aprel 00:21
14 Aprel 00:18
13 Aprel 23:21
13 Aprel 23:17
13 Aprel 22:02
13 Aprel 21:11
Ən son xəbərləri səhifəmizdən də izləyin