BURADA REKLAMINIZ OLA
BİLƏR

Günlük həyatınızda E vitamininin rolu

E vitamini bədənin sağlam olması üçün vacib olan əsas vitaminlərdən biridir.


Pravda.az bildirir ki, yağda həll olunan bu vitamin, dəridən tutmuş beyin və gözə qədər bir çox orqanın sağlamlığı üçün önəmlidir.


Faydaları:


İmmuniteti gücləndirir, xəstəlik riskini azaldır.

Yara sağalmasını sürətləndirir, izləri azaldır.

Hormonların sağlam istehsalına kömək edir.

Dəri nəmliyini artırır, yaşlanmanı gecikdirir.

Xərçəng və infeksiyalara qarşı qoruyucu təsir göstərir.

Qan dövranını tənzimləyir, yüksək təzyiqi azaldır.

Saç və dırnaq sağlamlığını dəstəkləyir.


Necə qəbul edilir?


E vitamini əsasən bitki yağları (zeytun, fındıq yağı), qoz-fındıq, yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kərəviz), meyvələr (avokado, mango), dəniz məhsulları (somon, uskumru) və ət məhsullarında mövcuddur. Həmçinin əlavə qida kimi də istifadə edilə bilər.


Sağlam və balanslı qidalanma ilə bədənin ehtiyacı olan E vitaminini asanlıqla təmin etmək mümkündür.


Əminə Bayramova 

Tarix: 11 Avqust 2025, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin