BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük nəzarətindən gizlədilən xarici valyuta aşkar edildi

Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

 

Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsində və sürücünün üzərində gömrük nəzarətindən gizlədilən 94 270 ABŞ dolları aşkar edilib.

Tarix: 11 Avqust 2025, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin