BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda arvadına işgəncə verən kişinin cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində işgəncə verməkdə təqsirləndirilən Zahid Baxışovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib, Suraxanı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddəsi ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 2 ilə endirilib. Onun 18 iyun 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 3 ay müddət və 18 sentyabr 2024-cü il tarixdən 08 oktyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 20 gün müddət Zahidə təyin edilmiş cəzadan çıxılıb. Təqsirləndirilən şəxsin üzərində qəti olaraq 1 il 8 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


İttihama görə, Zahid Baxışov 2007-ci il tarixdən birgə nikahda olduğu zərərçəkmiş Hənifə Baxışovanı (adı, soyadı şərtidir) 2017-ci ilin əvvəllərindən etibarən aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində əsassız qısqanclıq və sair lüzumsuz səbəbləri bəhanə gətirərək yaşadıqları mənzildə mütəmadi olaraq qapalı saxlayıb psixi iztirablar verib. O, eyni zamanda qadını mütəmadi olaraq döyərək söyüş söyüb təhqir etməklə şəxsiyyətini alçaldıb. Zahid həmin hərəkətlərin davamı olaraq 18 iyun 2024-cü il tarixdə, saat təxminən 12 radələrində Suraxanı rayonu ərazisində yerləşən evlərində yenə də əsassız qısqanclığı bəhanə gətirərək kiçik ölçülü dərzi qayçısı ilə Hənifənin qəsdən boğaz nahiyəsindən vurub. Sonra qadın ondan canın qurtarmaq üçün balkona qaçıb çıxmaq istəyib. Bu zaman təqsirləndirilən şəxs zərərçəkmişi tutub yerə yıxıb balıncı üzünə dirəyərək qəsdən nəfəs almasını çətinləşdirib.


Beləliklə, Zahid zərərçəkmiş şəxsi mütəmadi olaraq döyüb güclü fiziki ağrı yetirib həmin zorakı hərəkətləri və şəxsiyyətini alçaldan psixi iztirablarla qadına işgəncə verməklə əzab vermə cinayətini törədib.

 

Kamal Məmmədov 

Tarix: 12 Avqust 2025, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin