BURADA REKLAMINIZ OLA
BİLƏR

92 minlik dələduzluqda təqsirləndirilən şəxsdən xəbər var

Külli miqdarda dələduzluqda ittiham olunan Vüqar Məhərrəmovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi xəbərə, şikayət Ali Məhkəmənin İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti haqlı hesab edilərək təmin edilib. Belə ki, Vüqar Məhərrəmovla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilən bəraət hökmü ləğv edilib. Yeni hökm ilə V.Məhərrəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib. Daha sonra ona bəraət verilib.


Qeyd edək ki, V.Məhərrəmov 92 min manat dələduzluq etməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunur.

Kamal Məmmədov 

Tarix: 13 Avqust 2025, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin