BURADA REKLAMINIZ OLA
BİLƏR

Məmməd İsmayıl palataya köçürülüb - YENİLƏNDİ

Şair Məmməd İsmayıl palataya köçürülüb.


Bu barədə şairin qızı İntizar İsmayıl məlumat verib.


O bildirib ki, atası hazırda həkim nəzarəti altındadır


“Bir az əvvəl palataya köçürülüb, təzyiqi aşağıdır. İndi vəziyyəti daha yaxşıdır”, – deyə qızı qeyd edib.

***

 

15:48

 

Şair, professor Məmməd İsmayıl "Bona Dea" Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Bu barədə şairin qızı məlumat verib.

 

O bildirib ki, dörd gündür xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti dünən axşam ani olaraq ağırlaşıb:

 

"Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin olduqca ciddi olduğu deyirlər".

 

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb./APA

Tarix: 13 Avqust 2025, 23:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin