BURADA REKLAMINIZ OLA
BİLƏR

Afiəddin Məmmədov kassasiya şikayəti verdi

Qəsdən sağlamlığa ağır zərər vurmada ittiham edilən ictimai fəal Afiəddin Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi xəbərə, şikayət Ali Məhkəmənin Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.


Qeyd: İşçi Masasının sədri Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Afiəddin Məmmədov 8 il müddətində azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 15 Avqust 2025, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin