BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi azyaşlı nəvəsini təhqir edən qonşusunu xəstəxanalıq etdi: “Həkimlərə 5000 manatadək xərci çıxdı”

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tahir Tahirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub.


İttihama görə, hadisə bu il paytaxtın Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində qeydə alınıb.


Belə ki, 1976-cı il təvəllüdlü Tahir Tahirov onunla qonşuluqda yaşayan, 1967-cı il təvəllüdlü, zərərçəkmiş Namiq Babayevin (adı, soyadı şərtidir) yaşadığı evinin qarşısında mübahisə edib. Buna səbəb isə təqsirləndirilən şəxsin ifadəsinə görə, Namiq onun azyaşlı nəvəsini söyülüb təhqir etməsi olub. Mübahisə zamanı o, yumruq, kəllə ilə zərərçəkmişin sifət və baş nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarətlər yetirib.


Hadisədən sonra Tahir Tahirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Zərərçəkmiş Namiq Babayev ifadəsində qeyd edib ki, hadisədən sonra onun müalicə olunmasına 5000 manatadək xərci çıxıb. Təqsirləndirilən şəxs isə onun həkimə çəkdiyi xərci ödməkdən imtina edib. O bildirib ki, hazırda təqsirləndirilən Tahir Tahirovla barışmır, gələcəkdə də barışmaq fikri yoxdur, onun ciddi cəzalandırılmasını xahiş edib.


Kamal Məmmədov 

Tarix: 15 Avqust 2025, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin