BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda benzin və dizellə bağlı rəsmi məlumat

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 060,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artıb.

 

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında deyilir.

 

Hesabata əsasən, hesabat dövründə neft məhsullarından ağ neft istehsalı 10,6%, qazoylların (dizel yanacağının) istehsalı 3,9%, neft koksunun istehsalı 5,8% artıb.

 

Qeyd olunur ki, yanvar-iyul aylarında ölkədə avtomobil benzini istehsalı 3,8%, sürtkü yağları istehsalı isə 42,2% azalıb.

 

Azərbaycanda istehsal olunan neftməhsulları:

 

 

Məhsul növləri

2025-ci ilin yanvar-iyul aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.08.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

811

96,2

53,8

Ağ neft, min ton

404,8

110,6

53,7

Qazoyllar (dizel yanacağı), min ton

1 386

103,9

143,9

Mazut, min ton

56,6

4,3 d.

0,9

Sürtkü yağları, min ton

21,9

57,8

2,2

Maye qazlar, min ton

133,6

116,7

3,2

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

 

476

 

73,2

 

47,9

ondan:

neft bitumu, min ton

141,4

95,5

8,7

neft koksu, min ton

127,5

105,8

38,9

Tarix: 15 Avqust 2025, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin