BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc oğlan qohumu ilə mübahisə edən şəxsə xəsarət yetirdi - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən 2008-ci il təvəllüdlü Əkbər Nəcəfovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Əkbər Nəcəfov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Eyni zamanda barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv olunub.


İttihama görə, hadisə 12 avqust 2024-cü il tarixdə, saat 21:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksində yerləşən “Bazarstore” marketin qarşısında qeydə alınıb.


Belə ki, təqsirləndirilən Əkbər Nəcəfov qohumu Şahid Maqsudovun (adı, soyadı şərtidir) yanında olarkən, marketdən alver edib çıxan zərərçəkmiş Zaman Babayev (adı, soyadı şərtidir) ilə mübahisəyə müdaxilə edib. Mübahisə zamanı Əkbər yumruq zərbələri ilə zərərçəkmiş şəxsin sifət nahiyəsinə vurub, onu marketin pilləkənlərinə yıxaraq, onun sağlamlığına yüngül zərər yetirib.


Hadisədən sonra Əkbər Nəcəfov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Zərərçəkmiş məhkəmədə ifadəsində bildirib ki, təqsirləndirilən şəxslə barışıb, şikayət və tələbi yoxdur.

Tarix: 3 Sentyabr 2025, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin