Reklam

Yod istifadəsində balans şərtdir: Azı da, çoxu da ziyanlıdır

Orqanizmdə tiroid hormonlarının istehsalı üçün vacib olan yodun həm çatışmazlığı, həm də həddindən artıq qəbulu sağlamlığa ziyan vurur.


Pravda.az bildirir ki, yod əskikliyi xüsusilə uşaqlarda zehni inkişafı zəiflədir, IQ enməsi və öyrənmə çətinliyi kimi qalıcı problemlərə yol aça bilər. Hamiləlik dövründə kifayət qədər yod qəbul etməyən anaların körpələrində də zehni inkişaf geriliyi riski artır.


Mütəxəssislər əlavə edir ki, yodun artıq miqdarda qəbulu da təhlükəlidir. Bu hal Haşimoto və Graves kimi tiroid xəstəliklərini ağırlaşdıra bilər.
 

Yodu ən sağlam yolla qəbul etmək üçün dəniz məhsulları və yodlu duz tövsiyə olunur. Hamilə qadınlarda isə həkim nəzarətində əlavə yod dəstəyi lazım ola bilər.
 

Qeyd: Yod istifadəsində ölçünü qorumaq sağlamlıq üçün əsas şərtdir.


Əminə Bayramova 

Tarix: 4 Sentyabr 2025, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin