BURADA REKLAMINIZ OLA
BİLƏR

Astarada kütləvi zəhərlənmə olub

Bu gün 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

 

Bu barədə TƏBİB-dən bildirilib.

 

Onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.

Tarix: 5 Sentyabr 2025, 18:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin