BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənni Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə şəhərin "Kiçik Bazar" ərazisində, dəniz kənarında qeydə alınıb.

 

Lənkəran rayon sakini 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayevin idarə etdiyi "Land Rover" markalı avtomobil "KİA" markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.

 

E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

 

Qeyd edək ki, xəsarət alan Elçin Ağayev Lənkəranda tanınmış hüquqşünasdır, məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 8 Sentyabr 2025, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin