BURADA REKLAMINIZ OLA
BİLƏR

“COVID 19-la yollarımız ayrıldı”

“İyunun 25-dən bütün həyat ritmimi dəyişən COVID-19-la nəhayət yollarımız ayrıldı”.

 

Pravda.az xəbər ki, bunu ötən ay koronavirusa yoluxmuş Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

 

O bildirib ki, sonuncu testin nəticələri neqativ çıxıb: “Xəstəlik müddətində narahatlıq keçirən, dəstək olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm”.

 

Qeyd edək ki, M. Ağayev keçən ay yoldaşı və oğlunun da koronavirus testlərinin nəticəsinin pozitiv çıxdığını açıqlamışdı.

Tarix: 17 İyul 2020, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin