BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəzail Ağamalının da oğlu könüllü ordu sıralarına yazıldı - FOTO

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğlu, partiyanın Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı Qarabağda döyüşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsində könüllü olaraq qeydiyyatdan keçib.

 

Bu barədə Pravda.az-a partiyadan məlumat verilib.

 

F.Ağamalı bildirib ki, oğluna xeyir-dua verib: “Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri, oğlum Elçin Ağamalı səfərbərliyə qoşulmaq istədiyini mənə bildirdi. Mən öz xeyir - duamı verdim. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsində ehtiyyatda olan zabit kimi könüllü qeydiyyatdan keçdi. Erməni faşistləri üzərində qələbə gününü bütün əsgər, zabitlərimizlə və səninlə keçirtmək günü nəsibimiz olsun! Tanrı Yolunuzu açıq etsin!”

Fotoları təqdim edirik
Tarix: 17 İyul 2020, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin