Ötən gün Xəzər dənizinin Dağıstan sahili yaxınlığında tornado qeydə alınması narahatlıq doğurub.
Görəsən, bu təbiət hadisəsi Xəzərin Azərbaycan sahillərində də baş verə bilərmi? Ekoloq Cavid Hüseynov Bizim.media-ya açıqlamasında bildirib ki, Azərbaycanda həm quruda, həm də su üzərində zəif intensiv burulğanların yaranma ehtimalı istisna edilmir.
Bununla belə tornadonun, praktiki olaraq, qabaqcadan proqnozlaşdırılması hidrometeorologiya elmində bu vaxta qədər həllini tapmayan ən çətin məsələlərdən biridir.
"Nadir meteoroloji hadisələrdən hesab olunan tornadoların təkrarlanma dinamikasına iqlim dəyişmələrinin təsirinin olması tam məlum deyil. Tornadolar ilin istənilən vaxtında, həm gündüz, həm də gecə saatlarında müşahidə oluna bilər. Onların intensivliyi Fujita və ya TORRO şkalaları ilə ölçülür. F0 və EF0 kateqoriyalı tornadolar zəif təsirlidir. Amma F5 və EF5 gücündə olanlar binaları bünövrəsindən qopara, hətta çoxmərtəbəli tikililərə ciddi ziyan vura bilir".
Maraqlıdır ki, təkrarlanma dinamikası məlum olmasa da, 2018-ci ildə də məhz sentyabr ayında (23 sentyabr) Xəzər üzərində tornado müşahidə olunmuşdu. O zaman rəsmi təsdiq olmasa da, dənizdə olan gəmiçilər bu təbiət hadisəsini lentə alıb paylaşmışdılar. Ekoloqlar bu hadisənin Xəzər dənizi akvatoriyası üçün nadir hadisə olduğunu bildirmişdilər.
Qeyd edək ki, tornado (smerç) topa-yağış (cumulonimbus) buludundan Yer səthinə qədər uzanan, son dərəcə sürətlə fırlanan hava sütunudur. Ən güclü tornadolarda küləyin sürəti saatda 480 kilometrə (saniyədə 133 metrə) qədər çata, diametri isə 3 kilometrdən böyük ola bilər. Əsasən mülayim iqlim zonalarında, yəni Avropanın 60-cı paralelindən 45-ci paralelinədək ərazilərdə, həmçinin ABŞ, Meksika, Banqladeş, Hindistan, Yaponiya, Argentina və Uruqvay kimi ölkələrdə daha çox müşahidə olunur.
11 İyun 07:23
11 İyun 07:21
11 İyun 07:20
11 İyun 07:19
11 İyun 07:17
11 İyun 07:15
11 İyun 07:14
11 İyun 05:19
11 İyun 05:17
11 İyun 04:57
11 İyun 04:54
11 İyun 04:37
10 İyun 23:53
10 İyun 23:45
10 İyun 23:37
10 İyun 23:20
10 İyun 23:10
10 İyun 22:40
10 İyun 22:33
10 İyun 21:01
10 İyun 20:57
10 İyun 20:53
10 İyun 20:27
10 İyun 20:26
10 İyun 20:25
10 İyun 20:24
10 İyun 20:22
10 İyun 20:21
10 İyun 20:20
10 İyun 20:17
10 İyun 19:07
10 İyun 18:53
10 İyun 18:45
10 İyun 18:44
10 İyun 18:43
10 İyun 18:42
10 İyun 18:41
10 İyun 18:35
10 İyun 18:28
10 İyun 18:19
10 İyun 18:12
10 İyun 18:10
10 İyun 18:02
10 İyun 17:56
10 İyun 17:49
10 İyun 17:43
10 İyun 17:31
10 İyun 17:29
10 İyun 17:27
10 İyun 17:24
10 İyun 17:20
10 İyun 17:14
10 İyun 17:08
10 İyun 17:05
10 İyun 16:54
10 İyun 16:43
10 İyun 16:37
10 İyun 16:30
10 İyun 16:25
10 İyun 16:21
10 İyun 16:17
10 İyun 16:14
10 İyun 16:02
10 İyun 15:59
10 İyun 15:47
10 İyun 15:35
10 İyun 15:34
10 İyun 15:32
10 İyun 15:26
10 İyun 15:25
10 İyun 15:18
10 İyun 15:15
10 İyun 15:14
10 İyun 15:04
10 İyun 14:55
10 İyun 14:51
10 İyun 14:49
10 İyun 14:43
10 İyun 14:42
10 İyun 14:32
10 İyun 14:29
10 İyun 14:26
10 İyun 14:23
10 İyun 14:17
10 İyun 13:58
10 İyun 13:55
10 İyun 13:52
10 İyun 13:34
10 İyun 13:34
10 İyun 13:14
10 İyun 12:57
10 İyun 12:50
10 İyun 12:43
10 İyun 12:29
10 İyun 12:26
10 İyun 12:23
10 İyun 12:18
10 İyun 12:16
10 İyun 12:16
10 İyun 12:13
10 İyun 12:12
10 İyun 12:09
10 İyun 12:01
10 İyun 11:56
10 İyun 11:53
10 İyun 11:48
10 İyun 11:44
10 İyun 11:40
10 İyun 11:35
10 İyun 11:34
10 İyun 11:22
10 İyun 11:19
10 İyun 11:15
10 İyun 11:12
10 İyun 11:03
10 İyun 10:55
10 İyun 10:52
10 İyun 10:45
10 İyun 10:41
10 İyun 10:40
10 İyun 10:36
10 İyun 10:27
10 İyun 10:24
10 İyun 10:17
10 İyun 10:10
10 İyun 10:05
10 İyun 09:30
10 İyun 09:24
10 İyun 09:22
10 İyun 08:46
10 İyun 08:45
10 İyun 08:43
10 İyun 08:38
10 İyun 08:38
10 İyun 08:35
10 İyun 08:31
10 İyun 08:31
10 İyun 08:29
10 İyun 08:27
10 İyun 08:21
10 İyun 08:14
10 İyun 08:07
10 İyun 08:02
10 İyun 01:09
10 İyun 01:06
10 İyun 00:10
9 İyun 23:18
9 İyun 22:46
9 İyun 22:13
9 İyun 22:11
Ən son xəbərləri səhifəmizdən də izləyin