BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı da ordu sıralarına yazıldı - FOTO

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışına qoşulan Göyçay gəncləri, Qarabağ qaziləri, idmançılar bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay şöbəsində qeydiyyatdan keçiblər.

 

Pravda.az xəbər verir ki, qeydiyyatdan keçənlər arasında rayonun icra başçısı Mehdi Səlimzadə də olub.

Daha sonra könüllülər qarşısında çıxış edən başçı Azərbaycan Ordusunun qüdrətindən, yüksək texniki bazaya, vətənpərvərlik ruhuna, nizam-intizama, qayda-qanuna malik olduğundan danışıb.

 

Rayon rəhbəri vətəndaşlarımızın bu gün həmrəylik nümayiş etdirməsini yüksək qiymətləndirərək, təşəkkürünü çatdırıb.axar.az

Fotoları təqdim edirik
Tarix: 18 İyul 2020, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin