BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabunçu rayonunun bəzi ərazilərində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

 

"Azəriqaz"dan verilən məlumata görə, qeyri-yaşayış sahəsinə məxsus qaz xəttinin “Hacı Seyfəl” orta təzyiqli qaz kəmərinə qoşulması ilə bağlı 24.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək adı çəkilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, Ləhic bağları və Maştağa-Nardaran massivi adlanan ərazilərə təbii qazın verilişində fasilə yaranacaq.

Tarix: 24 Sentyabr 2025, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin