BURADA REKLAMINIZ OLA
BİLƏR

Adı ölüm işində hallanan "plastik cərrah" məşhur aktrisanın bədəninə infeksiya saldı: "Həyatımı alt-üst edib"

"Özünü həkim kimi təqdim edən Ülviyyə İlyasova həyatımı alt-üst edib".

 

Bu barədə aktrisa Mila Sabir qızı Əlibəyova (Bekova) Oxu.Az-a danışıb.

 

O bildirib ki, Ülviyyə İlyasova lisenziyası olmadan fəaliyyət göstərməsinə baxmayaraq, özünü təqsirli bilmir:

 

"Mənə "get nə edirsən, et" deyir. Qətiyyən qəbahətinə görə özünü təqsirli bilmir".

 

Aktrisa bildirib ki, 2024-cü il fevralın 15-də sözügedən həkim liposaksiya əməliyyatı icra edib, bundan sonra orqanizminə infeksiya keçib:

 

"Hazırda əməliyyatın fəsadları davam edir. İmmunitet infeksiyanı aradan qaldıra bilmir. Son əməliyyatımı başqa həkim etdi. Sağ olsun, o, bacardığını edir, lakin proses uzun olduğu üçün hələ də səhhətimdə problem qalmaqdadır. Köməyini məndən əsirgəmir, profilaktik proseslər davam edir".

 

Mila Əlibəyova həmçinin əlavə edib ki, oktyabrın 1-i yenidən məhkəmə prosesi olacaq:

 

"İkinci dəfə Ülviyyə İlyasovaya cinayət işi açılıb. Təsəvvür edirsiniz, ikincisi də eyni maddə ilə?!".

Tarix: 25 Sentyabr 2025, 20:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin