BURADA REKLAMINIZ OLA
BİLƏR

Sosial şəbəkədə xanıma SMS yazan polislə bağlı araşdırma başladıldı

 Dünən sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının soisal şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir və  faktın araşdırılması üçün müvafiq göstərişlər verilib.

 

"Əgər iddialar təsdiqini taparsa həmin əməkdaş barədə ciddi tədbir görüləcək" - Mətbuat Xidmətindən bildirilib.

Tarix: 18 İyul 2020, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin