BURADA REKLAMINIZ OLA
BİLƏR

Melburnda maska taxmaq məcburi olacaq

 Avstraliyanın Viktoriya ştatının rəhbərliyi tərəfindən qəbul edilən qərara əsasən, çərşənbə günündən etibarən Melburn şəhərində və Mitçell rayonunda ictimai yerlərdə tibbi maska taxmaq məcburi olacaq.

 

Pravda.az xəbər verir ki, buna səbəb koronavirusa yoluxanların sayının artmasıdır.

 

Tibbi maska taxmayanlar 200 Avstraliya dolları məbləğində cərimə olunacaqlar.

 

Qeyd edək ki, son sutka ərzində Viktoriya ştatında 363 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.Report

Tarix: 19 İyul 2020, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin