Jurnalist Çingiz Özgür SABAH.HUB İnnovasiya Mərkəzinin məktəblilərin daşınması ilə məşğul olan “2school” layihəsindən narazılıq edib.
Pravda.az Ç.Özgürün yazısını təqdim edir:
"2csholl" - 2!
Bir şeyi də yarıdaydız barı...
Övladımın servisi ilə bağlı əməlli problem yaşayıram. Avqust ayından bir sürücü tapmışdım, hər şeyi danışmışdım, ayın 15-də övladımı evdən götürməli idi. 14-ü yazdım ki, sabah uşağı götür, məlum oldu ki, "dostum bizi unudub", "ikinci növbəyə adam yığa bilməyib", "oralar çox probkadı formulaya görə" və sair və ilaxır. Beləcə başlandı bizim servis problemimiz.
Günlərin birində bir nəfərə dərdimi danışarkən dedi ki, əşşi dayan e, ondan asan nə var? Aç yüklə "2schooll" tətbiqini, vəssalam. Açdım, yüklədim, ev adresini, məktəbi, gediş saatını, gəliş saatını yazdım. Dərhal vurdular-çıxdılar, dedilər 137 manat elə indi, bu dəqiqə ödə, oktyabrın 6-dan aparıb gətiririk uşağı. Əlbəttə ki, dərhal ödədim.
Tətbiqlə kifayətlənmədim, nömrə tapdım, zəng etdim, danışdım, tətbiqə yazdıqlarımı bir də bunlara dedim, dedilər hə, elədir. Götürəcəyik, gətirəcəyik, bunu belə edəcəyik, onu elə edəcəyik. Dedim ta iş düzəldi ki...
Neçə gündü uşağı taksi ilə göndərib, çıxarkən də xahiş minnətlə bir sinif yoldaşının atasının öz ailəsi üçün tutduğu maşınla götürdürəm. Dedim, 5 günlük problemdir, oktyabrın 6-dan mənim servis xidmətim başlıyır. Ay başladı ha...
Bu gün zəng gəlib. Deyirlər ki, biz o məktəbdən saat 13:00, ya da 14:00-da götürə bilərik uşağı. Deyirəm ki, ay tətbiq sahibi, bəs orda qrafiki niyə qoyubsunuz? Bəs bizdən niyə soruşursunuz uşaq neçədə çıxır? Bəs niyə 10 gün əvvəldən pul ödədirsiniz? Ay Sizi dəfn etməyə qara maşın, vayınıza gəlməyə servis, yasınızda iştirak etməyə taksi tapılmasın, məni niyə əsəbləşdirirsiniz? Mən axı insanam, min dərdim-odum var... 10 gündü rahat durmuşam ki, servis tapmışam, ağ günə çıxmışam...
Söndürdülər, bir də yığdılar və dedilər ki, nömrə veririk zəng edin, qəbzini atın, pulunuzu geri qaytaraq. Yəni ki, istəyirsən öl, aparmıram, mən beləyəm...
Adlarının önündəki 2-nin əslində bunların xidmətinə veriləcək qiymət olduğunu anlayıb, kor-peşman qəbzi atmışam dedikləri nömrənin votsapına, həyasızcasına yazıblar ki, "Qeydə alındı. Biz sizin ödənişinizi yönləndirirk banka, bankda 10-12 gün ərzində ödənişinizi geri qaytaracaq". Bax beləcə yazıblar a, düz belə. Düzgün cümlə qurmağa, "da" "də"ni ayrı yazmağa savadı çatmayan adamlar mənimçün servis şirkəti qurub, elmə-təhsilə xidmət göstərəcəkmişlər! Bizim kəndin arvaddarı demiş, "Görüm heç yarımıyasız", necə ki, mənim işimə yarımadız!”
Qeyd: “2school” SABAH.HUB İnnovasiya Mərkəzinin “SABAH studio” layihəsinə bağlı startapdır. SABAH.HUB İnnovasiya Mərkəzinin rəhbəri xarici işlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlıdır.
7 Noyabr 21:43
7 Noyabr 21:41
7 Noyabr 21:39
7 Noyabr 21:35
7 Noyabr 21:31
7 Noyabr 21:29
7 Noyabr 20:49
7 Noyabr 20:23
7 Noyabr 20:22
7 Noyabr 20:20
7 Noyabr 20:16
7 Noyabr 19:39
7 Noyabr 19:36
7 Noyabr 19:32
7 Noyabr 19:27
7 Noyabr 19:24
7 Noyabr 19:22
7 Noyabr 19:02
7 Noyabr 18:57
7 Noyabr 18:45
7 Noyabr 18:43
7 Noyabr 18:35
7 Noyabr 18:19
7 Noyabr 18:06
7 Noyabr 17:59
7 Noyabr 17:56
7 Noyabr 17:50
7 Noyabr 17:45
7 Noyabr 17:36
7 Noyabr 17:31
7 Noyabr 17:12
7 Noyabr 17:05
7 Noyabr 16:33
7 Noyabr 16:32
7 Noyabr 16:31
7 Noyabr 16:29
7 Noyabr 16:28
7 Noyabr 16:27
7 Noyabr 16:25
7 Noyabr 16:14
7 Noyabr 15:24
7 Noyabr 15:08
7 Noyabr 14:58
7 Noyabr 14:45
7 Noyabr 14:39
7 Noyabr 14:31
7 Noyabr 14:13
7 Noyabr 14:05
7 Noyabr 13:44
7 Noyabr 13:30
7 Noyabr 13:05
7 Noyabr 12:51
7 Noyabr 12:37
7 Noyabr 12:17
7 Noyabr 11:59
7 Noyabr 11:38
7 Noyabr 11:20
7 Noyabr 10:57
7 Noyabr 10:48
7 Noyabr 10:24
7 Noyabr 10:00
7 Noyabr 09:06
7 Noyabr 08:59
7 Noyabr 08:46
7 Noyabr 08:40
7 Noyabr 08:34
7 Noyabr 08:32
7 Noyabr 08:29
7 Noyabr 08:21
7 Noyabr 08:16
7 Noyabr 08:15
7 Noyabr 08:10
7 Noyabr 08:05
7 Noyabr 08:04
7 Noyabr 08:03
7 Noyabr 08:01
7 Noyabr 08:00
7 Noyabr 07:58
7 Noyabr 07:56
7 Noyabr 01:11
7 Noyabr 01:09
7 Noyabr 01:05
6 Noyabr 23:51
6 Noyabr 23:33
6 Noyabr 22:23
6 Noyabr 22:20
6 Noyabr 22:16
6 Noyabr 22:12
6 Noyabr 22:10
6 Noyabr 20:59
6 Noyabr 20:22
6 Noyabr 20:18
6 Noyabr 20:17
6 Noyabr 20:16
6 Noyabr 19:58
6 Noyabr 18:54
6 Noyabr 18:52
6 Noyabr 18:50
6 Noyabr 18:44
6 Noyabr 18:39
6 Noyabr 18:30
6 Noyabr 18:19
6 Noyabr 18:12
6 Noyabr 17:13
6 Noyabr 16:18
6 Noyabr 16:15
6 Noyabr 16:12
6 Noyabr 16:11
6 Noyabr 15:59
6 Noyabr 15:39
6 Noyabr 15:31
6 Noyabr 15:29
6 Noyabr 15:28
6 Noyabr 15:18
6 Noyabr 15:15
6 Noyabr 15:11
6 Noyabr 14:29
6 Noyabr 14:10
6 Noyabr 14:05
6 Noyabr 14:00
6 Noyabr 13:56
6 Noyabr 13:50
6 Noyabr 13:29
6 Noyabr 13:29
6 Noyabr 13:25
6 Noyabr 13:24
6 Noyabr 13:22
6 Noyabr 13:17
6 Noyabr 13:09
6 Noyabr 13:08
6 Noyabr 13:02
6 Noyabr 12:38
6 Noyabr 12:21
6 Noyabr 12:18
6 Noyabr 12:16
6 Noyabr 12:11
6 Noyabr 12:07
6 Noyabr 12:04
6 Noyabr 12:02
6 Noyabr 12:01
6 Noyabr 11:59
6 Noyabr 11:55
6 Noyabr 11:53
6 Noyabr 11:51
6 Noyabr 11:49
6 Noyabr 11:40
6 Noyabr 11:36
6 Noyabr 11:35
6 Noyabr 11:33
6 Noyabr 11:30
Ən son xəbərləri səhifəmizdən də izləyin