BURADA REKLAMINIZ OLA
BİLƏR

Mebelləriniz tez köhnəlməsin: bu qaydalara əməl edin

Mebellər uzun illər istifadəyə davamlı olsa da, düzgün qulluq edilmədikdə tez köhnələ bilər.


Pravda.az bildirir ki, mebellərin ömrünü uzatmaq üçün bir neçə sadə vərdiş kifayətdir.


Tozların mütəmadi silinməsi, birbaşa günəş işığından uzaq saxlanması və təmizləyici kimyəvi maddələrdən istifadə edilməməsi əsas qaydalar arasındadır. Taxta mebellərdə nəm parça yerinə quru və yumşaq bezlə silmə üsulu, parça örtüklü mebellərdə isə mütəmadi tozsoranla təmizləmə tövsiyə olunur.


Həmçinin mebellərin yerini tez-tez dəyişməmək, səthlərinə isti əşyalar qoymamaq onların uzunömürlülüyünü artırır. Düzgün qulluq mebellərin həm görünüşünü, həm də keyfiyyətini illərlə qorumağa kömək edir.


Əminə Bayramova 

Tarix: 6 Oktyabr 2025, 11:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin