BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirvanda TƏBİB-in əməkdaşı olan keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran şəxs intihara cəhd edib, polis nəzarəti altındadır

Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.

 

Oktyabrın 6-da keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran Şirvan sakini, 1986-cı il təvəllüdlü Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

 

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

 

Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.

 

APA

Tarix: 7 Oktyabr 2025, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin