BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda qaz olmayacaq

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

 

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS məlumat yayıb.

 

Bildirilib ki, Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllə ərazisində yerləşən D=108 mm-lik qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən 1 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

Qeyd edilib ki, qaz təchizatı təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq.

Tarix: 7 Oktyabr 2025, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin