BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafenin qarşısında müştərini döyən sahibkar və xidmətçiyə elektron qolbaq taxıldı

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Akif Balaşov və Ramin Əlişovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttiham aktına görə, hadisə 24 sentyabr 2024-cü il tarixdə, saat 00:30 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən “İnam” kafesinin qarşısında qeydə alınıb.


Belə ki, sözügedən obyektin sahibi Akif Balaşov və orada xidmətçi işləyən Ramin Əlişov müştəri, zərərçəkmiş Renat Abdullovu döyüblər. Buna səbəb olaydan əvvəl zərərçəkmişin xidmətçi ilə mübahisə etməsi olub.


Səbail Rayon Məhkəməsinin hökmü ilə Akif Balaşov 1 il 8 ay və Ramin Əlişov isə 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Kamal Məmmədov 

Tarix: 8 Oktyabr 2025, 09:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin