BURADA REKLAMINIZ OLA
BİLƏR

Cahangir Əsgərovun həyat yoldaşının adı məşhur fabrikə verildi

Bu ilin yanvarında vəfat edən AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adı əbədiləşdirilib. Teleqraf-ın əldə etdiyi məlumata görə, “Gazelli Group”un parfüm və kosmetika fabrikinə Zərifə Həmzəyevanın adı verilib.

 

Qeyd edək ki, sözügedən fabrik Bakının Şüvəlan qəsəbəsində yerləşir.

 

Xatırladaq ki, Zərifə Həmzəyeva “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti idi.

 

Z.Həmzəyeva, həmçinin “Premium Bank” ASC-nin əsas səhmdarı və “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü olub.

 

Cahangir Əsgərov və Zərifə Həmzəyevanın iki qız övladı var.

Tarix: 8 Oktyabr 2025, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin