BURADA REKLAMINIZ OLA
BİLƏR

Makiyaj məhsulları necə və harada saxlanmalıdır?

Bir çox qadın makiyaj məhsullarını bəzənmə masası və ya vanna otağı dolabında saxlayır. Lakin bəzi məhsulların soyducuda saxlanması həm məhsulun ömrünü uzadır, həm də effektivliyini qoruyur.


Pravda.az bildirir ki, makiyaj məhsullarını soyuducuda saxlamaq yalnız onların raf ömrünü uzatmır, eyni zamanda istilik dəyişikliklərinin təsirini azaldır və tərkibin sabitliyini təmin edir.


Göz ətrafı kremləri və üz maskaları soyuq şəraitdə tonik təsiri göstərə və qızartıları azalda bilər.


Dodaq boyası, dodaq balsamı və eyeliner kimi məhsulların istilik və günəş işığına məruz qalması, tərkibindəki kimyəvi maddələrin parçalanmasına gətirib çıxara bilər.


Orqanik tərkibli bədən məhsulları isə qoruyucu az olduğundan soyuducuda saxlanaraq bakteriyaların yayılması riski azaldıla bilər.


Əminə Bayramova 

Tarix: 8 Oktyabr 2025, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin