BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu məktəbin müəllimləri arasında dava düşdü

Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa olublar. Pravda.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə Cəlilabadın Ləkin kənd orta məktəbində baş verib.

 

Məktəbin çağırışaqədər hazırlıq müəllimi Telman Mirzəyevlə ibtidai sinif müəllimi Əfsun Məcidov arasında dərslə bağlı yaranan mübahisə davaya çevrilib, onlar bir-birlərinə yumruq zərbələri endiriblər.

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 8 Oktyabr 2025, 16:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin