BURADA REKLAMINIZ OLA
BİLƏR

PA-nın sektor müdiri Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüşdü

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

 

Bu barədə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

 

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bu Şuraya dördüncü dəfə seçki keçirildiyini, onun artıq yeni tərkibdə işə başladığını bildirib.

 

Görüşdə İctimai Şura üzvləri fikir və təkliflərini bildirib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.

Tarix: 8 Oktyabr 2025, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin