Yasamal Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Şakir Əmirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttiham aktına görə, hadisə ötən il paytaxtın Yasamal rayonu ərazisində yerləşən gözəllik salonlarının birinin qarşısında qeydə alınıb.
Belə ki, Şakir Əmirov keçmiş arvadı, zərərçəkmiş Rəna Həmidova (adı, soyadı şərtidir) ilə qarşılaşıb. Həmin vaxt təqsirləndirilən şəxs qadına barışmaq və yenidən ailə münasibətlərini bərpa etmək təklifi edib. Lakin Rəna cavabında barışmayacağını və boşanmaq qərarının qəti olduğunu bildirib.
Bu səbəbdən aralarında uzun müddətdir davam edən qərəzli münasibətlər zəminində şəxsi münasibətlərdən doğan mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən, yəni zərər vurmaq niyyəti ilə, keçmiş həyat yoldaşının sifət nahiyəsinə yumruqla zərbə endirib. Zərbənin nəticəsində Rəna bədən xəsarətləri alıb.
Hadisədən sonra Şakir Əmirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Şakir Əmirov məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bildiyini deyib. O, əvvəllər zərərçəkmiş şəxsin şikayəti əsasında iki dəfə – bir dəfə 10 sutka, digər dəfə 15 sutka müddətinə inzibati qaydada həbs edildiyini söyləyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Rəna Həmidova maddi mübahisə zəminində ondan pul tələb edib və bu səbəbdən aralarında qarşıdurma yaranıb.
Təqsirləndirilən şəxs hazırda zərərçəkmişlə barışdığını, ondan üzr istədiyini, dəymiş ziyanı tam ödədiyini və zərərçəkmişin ondan şikayətinin olmadığını qeyd edərək, məhkəmədən cinayət işinə xitam verilməsini xahiş edib.
Məhkəmə istintaqı zamanı Rəna Həmidova zərərçəkmiş şəxs qismində ifadə verərək bildirib ki, 26 il ərzində təqsirləndirilən şəxsdən davamlı olaraq fiziki və mənəvi zorakılıq görüb. Onun sözlərinə görə, Şakir ailə münasibətləri dövründə uşaqlarına da qarşı qəddar davranışlar sərgiləyib — oğlunu qışda soyuqda saxlayıb, qızını isə turba ilə döyüb və onun təhsil almasına mane olub.
Zərərçəkmiş şəxs hadisə günü anasının evinə getdiyini, həmin vaxt təqsirləndirilən şəxsin onu metroda və avtobusda, insanların gözü qarşısında təhqir etdiyini qeyd edib. Daha sonra təqsirləndirilən şəxs barışmaq bəhanəsi ilə onunla görüşməyə çalışıb, lakin o, barışmaq istəmədiyini deyib. Bu zaman Şakir ona iki yumruq zərbəsi endirib.
Kamal Məmmədov
15 Mart 08:40
15 Mart 00:44
15 Mart 00:41
14 Mart 23:44
14 Mart 23:38
14 Mart 20:50
14 Mart 19:20
14 Mart 17:34
14 Mart 16:42
14 Mart 16:37
14 Mart 16:31
14 Mart 16:26
14 Mart 16:24
14 Mart 16:03
14 Mart 15:57
14 Mart 15:37
14 Mart 14:55
14 Mart 14:53
14 Mart 14:29
14 Mart 14:27
14 Mart 14:24
14 Mart 14:22
14 Mart 14:06
14 Mart 13:53
14 Mart 13:01
14 Mart 12:59
14 Mart 12:38
14 Mart 12:37
14 Mart 12:11
14 Mart 12:06
14 Mart 12:03
14 Mart 10:59
14 Mart 10:57
14 Mart 10:00
14 Mart 09:11
14 Mart 09:06
14 Mart 08:51
14 Mart 08:39
14 Mart 08:14
14 Mart 02:28
14 Mart 02:25
14 Mart 01:25
13 Mart 23:00
13 Mart 22:19
13 Mart 21:10
13 Mart 21:07
13 Mart 20:06
13 Mart 20:02
13 Mart 20:01
13 Mart 19:47
13 Mart 18:53
13 Mart 18:15
13 Mart 18:11
13 Mart 18:09
13 Mart 18:04
13 Mart 18:03
13 Mart 17:28
13 Mart 17:16
13 Mart 17:10
13 Mart 17:07
13 Mart 17:03
13 Mart 16:56
13 Mart 16:29
13 Mart 16:25
13 Mart 16:14
13 Mart 16:08
13 Mart 15:50
13 Mart 15:46
13 Mart 15:42
13 Mart 15:25
13 Mart 15:16
13 Mart 15:04
13 Mart 14:54
13 Mart 14:43
13 Mart 14:40
13 Mart 14:31
13 Mart 14:30
13 Mart 14:20
13 Mart 14:10
13 Mart 13:57
13 Mart 13:42
13 Mart 13:13
13 Mart 12:53
13 Mart 12:25
13 Mart 12:21
13 Mart 12:19
13 Mart 12:15
13 Mart 12:14
13 Mart 12:10
13 Mart 12:00
13 Mart 11:58
13 Mart 11:51
13 Mart 11:49
13 Mart 11:48
13 Mart 11:25
13 Mart 11:19
13 Mart 11:16
13 Mart 11:13
13 Mart 11:12
13 Mart 11:10
13 Mart 11:08
13 Mart 11:06
13 Mart 11:04
13 Mart 10:58
13 Mart 10:49
13 Mart 10:29
13 Mart 10:21
13 Mart 09:51
13 Mart 09:38
13 Mart 09:37
13 Mart 09:32
13 Mart 09:25
13 Mart 09:21
13 Mart 08:56
13 Mart 08:49
13 Mart 08:47
13 Mart 08:44
13 Mart 08:43
13 Mart 08:40
13 Mart 08:39
13 Mart 08:34
13 Mart 08:15
13 Mart 08:00
13 Mart 00:28
12 Mart 23:12
12 Mart 23:04
12 Mart 23:02
12 Mart 22:42
12 Mart 22:34
12 Mart 22:26
12 Mart 22:24
12 Mart 21:59
12 Mart 20:10
12 Mart 20:09
12 Mart 19:53
12 Mart 19:49
12 Mart 19:00
12 Mart 18:50
12 Mart 17:58
12 Mart 17:47
12 Mart 17:47
12 Mart 17:45
12 Mart 17:36
12 Mart 17:19
12 Mart 17:14
12 Mart 17:11
12 Mart 17:11
12 Mart 17:08
12 Mart 17:06
12 Mart 17:02
Ən son xəbərləri səhifəmizdən də izləyin