Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gözlənilən hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırır.
Bu barədə BDYPİ-dən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, ölkənin müxtəlif bölgələrində güclü külək əsəcəyi proqnozlaşdırılır.
Belə hava şəraiti nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirə, küləyin təsiri ilə avtomobilin hərəkət trayektoriyasına nəzarəti zəiflədə və xüsusilə qoşqulu yük nəqliyyat vasitələrinin idarə olunmasında təhlükə yarada bilər.
Sürücülərə hava və yol şəraitinə uyğun sürət rejimini seçmək, ara məsafəsini qorumaq, ötmə və manevr zamanı ehtiyatlı olmaq, həmçinin avtomobillərin şinlərinin təzyiqini və texniki vəziyyətini əvvəlcədən yoxlamaq tövsiyə olunur. “Küləkli hava şəraitində açıq yollarda və körpülərdə hərəkət edən sürücülər, xüsusilə yük maşınları, avtobus və mikroavtobus idarə edənlər sükan arxasında daha diqqətli olmalı, ani istiqamət dəyişmələrindən çəkinməlidirlər. Piyadalara küləkli və ya yağışlı hava şəraitində yolu keçərkən diqqətli olmaq, yalnız piyada keçidlərindən istifadə etmək, həmçinin görünmə şəraitinin məhdud olduğu hallarda geyimlərində işıq əks etdirən elementlərdən istifadə etmək tövsiyə edilir. Velosiped, skuter və moped sürücülərinə isə belə hava şəraitində balansın itirilməsi və qəfil hadisələrin başvermə ehtimalının artdığını nəzərə alaraq ehtiyatlı davranmaq, mümkün qədər kəskin külək və yağış zamanı hərəkətdən çəkinmək məsləhət görülür, - deyə BDYPİ-nin məlumatında vurğulanıb.
BDYPİ bir daha xatırladır ki, hava şəraitindən asılı olmayaraq, hər bir hərəkət iştirakçısının diqqətli və məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
7 Mart 18:55
7 Mart 18:39
7 Mart 18:25
7 Mart 18:17
7 Mart 18:12
7 Mart 18:03
7 Mart 17:59
7 Mart 17:52
7 Mart 15:29
7 Mart 14:54
7 Mart 14:45
7 Mart 14:41
7 Mart 14:27
7 Mart 14:19
7 Mart 14:13
7 Mart 14:03
7 Mart 13:56
7 Mart 13:54
7 Mart 12:35
7 Mart 11:50
7 Mart 11:17
7 Mart 11:07
7 Mart 09:44
7 Mart 09:24
7 Mart 09:14
7 Mart 08:46
7 Mart 08:42
7 Mart 07:56
7 Mart 07:52
7 Mart 01:35
7 Mart 01:25
7 Mart 00:34
7 Mart 00:22
6 Mart 23:40
6 Mart 23:38
6 Mart 22:02
6 Mart 21:56
6 Mart 21:52
6 Mart 21:47
6 Mart 21:46
6 Mart 20:51
6 Mart 20:46
6 Mart 20:43
6 Mart 20:25
6 Mart 19:26
6 Mart 19:20
6 Mart 19:16
6 Mart 19:14
6 Mart 19:06
6 Mart 18:45
6 Mart 18:43
6 Mart 18:40
6 Mart 18:39
6 Mart 18:34
6 Mart 18:32
6 Mart 18:29
6 Mart 18:11
6 Mart 18:02
6 Mart 18:00
6 Mart 17:44
6 Mart 17:39
6 Mart 17:38
6 Mart 17:17
6 Mart 16:53
6 Mart 16:50
6 Mart 16:50
6 Mart 16:35
6 Mart 16:27
6 Mart 16:24
6 Mart 16:19
6 Mart 16:13
6 Mart 15:53
6 Mart 15:38
6 Mart 15:32
6 Mart 15:30
6 Mart 15:28
6 Mart 15:27
6 Mart 15:04
6 Mart 15:01
6 Mart 15:01
6 Mart 14:59
6 Mart 14:51
6 Mart 14:08
6 Mart 13:49
6 Mart 13:47
6 Mart 13:45
6 Mart 13:43
6 Mart 13:37
6 Mart 13:20
6 Mart 13:12
6 Mart 13:00
6 Mart 12:58
6 Mart 12:57
6 Mart 12:29
6 Mart 12:17
6 Mart 12:06
6 Mart 12:01
6 Mart 11:59
6 Mart 11:57
6 Mart 11:27
6 Mart 11:24
6 Mart 11:21
6 Mart 11:15
6 Mart 11:13
6 Mart 11:12
6 Mart 10:53
6 Mart 10:30
6 Mart 10:27
6 Mart 10:25
6 Mart 10:25
6 Mart 10:21
6 Mart 10:18
6 Mart 10:17
6 Mart 10:04
6 Mart 10:02
6 Mart 09:58
6 Mart 09:49
6 Mart 09:37
6 Mart 09:33
6 Mart 08:59
6 Mart 03:23
6 Mart 01:57
6 Mart 01:12
6 Mart 01:09
6 Mart 00:52
6 Mart 00:39
6 Mart 00:36
6 Mart 00:32
6 Mart 00:29
6 Mart 00:28
6 Mart 00:24
6 Mart 00:22
5 Mart 22:31
5 Mart 22:28
5 Mart 22:26
5 Mart 22:22
5 Mart 22:09
5 Mart 21:51
5 Mart 21:31
5 Mart 21:27
5 Mart 21:12
5 Mart 21:00
5 Mart 20:57
5 Mart 20:52
5 Mart 20:46
5 Mart 20:42
5 Mart 20:39
5 Mart 20:04
5 Mart 20:03
5 Mart 19:51
Ən son xəbərləri səhifəmizdən də izləyin