BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini döyərək öldürən şəxsə nə qədər cəza verilib?

Gəncə Apellyasiya Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Ramil Bəşirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 20 fevral 2023-cü ildə, saat 18:24 radələrində Samux rayonu, Çobanabdallı kəndinsə qeydə alınıb.


Belə ki, sərxoş vəziyyətdə olan 1993-cü il təvəllüdlü Ramil Bəşirov həmkəndlisi, 1989-cu il təvəllüdlü Oktay Əliyevlə mübahisə edərək dalaşıb. Bu zaman o, yumruqla Oktay Əliyevi vurub. Hadisədən sonra Oktay Əliyev ölüb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Bəşirov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 10 Oktyabr 2025, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin