Məlum olduğu kimi, sentyabrın 28-dən ölkəmizdə start götürən III MDB Oyunları oktyabrın 8-də başa çatdı. Azərbaycan həmişə olduğu kimi bu dəfə də beynəlxalq yarışlara yüksək səviyyəli ev sahibliyi ilə xarici turistlərin yaddaşında qala bildi. Rəngarəng, perspektivli könüllü gənclərimiz bu dəfə də Oyunların əsas simvollarından birinə çevrilməyi bacardılar. Belə ki, bu ilin ən iri idman tədbirlərindən biri olan III MDB Oyunlarında 3000 könüllü gənc fəaliyyət göstərdi. Ən çox könüllü – 1 250 nəfər Gəncə şəhərində, 600 nəfər Qəbələdə, 350 nəfər Şəkidə, 255 nəfər Mingəçevirdə, 190 nəfər Yevlaxda, 185 nəfər Xankəndidə, 175 nəfər isə Göygöldə iştirak etdi. Qeyd edək ki, Könüllü Proqramınım qeydiyyat portalından III MDB Oyunlarına 9700-dən çox namizəd müraciət edib. Könüllü gənclərimiz Oyunlar zamanı idman əməliyyatları, insan resursları və işçi qüvvəsi, məkanın idarə olunması, tədbirlər və mərasimlər, media əməliyyatları kimi əsas istiqamətlərdə fəaliyyət göstəriblər. Könüllülər III MDB Oyunlarının ayrılmaz hissəsi olmaqla yarışların yüksək səviyyədə keçirilməsinə mühüm töhfə veriblər və bu möhtəşəm idman bayramının uğurlu təşkilində əvəzsiz rol oynayıblar. Şübhəsiz ki, bütün bunlar dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin bir hissəsini təşkil edir. Gənclərin könüllü fəaliyyəti təkcə təşkilati dəstək deyil, həm də vətənə xidmətin çağdaş formasıdır. Artıq ölkəmizdə keçirilən tədbirlərin əksəriyyətində könüllülərin iştirakı mütləq şəkildə nəzərdə tutulur. Gənclərin erkən yaşlardan təcrübə əldə etməsinə şəraitin yaradılması, müxtəlif qurumlar tərəfindən bu fəaliyyətin qiymətləndirilməsi məqsədi ilə fərqli nominasiyalar üzrə mükafatların təqdim olunması gənclərin könüllülüyə motivasiyasını daha da artırır, bir növ, çağırış rolu oynayaraq hər kəsi bu prosesə cəlb edir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib ki, III MDB Oyunlarının peşəkarlıqla təşkili ölkənin növbəti beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etməsinin göstəricisidir.

“Gənclərimiz kifayət qədər aktivlik nümayiş etdirdilər. Eyni zamanda, Azərbaycan xalqının milli dəyərlərindən irəli gələn qonaqpərvərlik hislərini sərgilədilər. Həmçinin bu oyunlar ölkəmizdə könüllülük hərəkatının uğurla həyata keçirildiyini göstərdi, gənclərin sosiallaşması üçün çox mühüm platforma kimi özünü təsdiq etdi. Tələbə könüllülərimiz nə qədər bilikli, bacarıqlı təşkilatçılıq fəaliyyətinə malik olduqlarını bir daha nümayiş etdirdilər. Azərbaycanda könüllülük hərəkatının geniş vüsət alması ölkəmizin məhz gənclər siyasətinin bir hissəsidir. III MDB Oyunlarını da gənclərin könüllülük hərəkatına verilmiş imkan kimi dəyərləndirirəm. Bu cür beynəlxalq tədbirlər gənclərimizin liderlik bacarıqlarının formalaşması, həmçinin vətənpərvərlik hisslərinin aşılanması, milli dəyərlər ruhunda tərbiyə olunmaları üçün böyük əhəmiyyətə malikdir. Oyunlarda iştirak gənclərin komanda ruhunda tərbiyə olunmaları baxımdan da kifayət qədər faydalıdır. Könüllülük hərəkatı geniş ətraf əldə etməyə, xarici dostlar tapmağa, fərqli mədəniyyətləri öyrənməyə, fərqli davranışlar mənimsəməyə imkan yaradır”, - İ.Orucov deyib.
Təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev isə bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq turnirlər gənclərə, xüsusilə könüllü kimi fəaliyyət göstərən tələbələrə çox böyük fayda verir:
“İlk növbədə könüllülük fəaliyyəti gənclərin Azərbaycan məkanında yeni dostlar tapmalarında kommunikasiya rolunu oynayır, eyni zamanda onların beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından çox müstəsna rolu var. Gənclər bununla həm də təcrübə qazanırlar. Bu təcrübə onların gələcəkdə həm CV-lərində əksini tapacaq, karyera istiqamətində müsbət təsirini göstərəcək. Təcrübəçi kimi növbəti oyunlarda daha üst səviyyədə iştirak edə biləcəklər. Ölkəmizdə bu vaxta qədər kifayət qədər beynəlxalq turnirlər keçirilib. III MDB Oyunlarına gələn qonaqlar tədbirin yüksək səviyyədə keçirilməsini, eyni zamanda könüllülük fəaliyyətinin uğurla icrasına diqqət yetirirlər. Bu, Azərbaycan gəncliyi üçün fürsətdir, töhfədir. Gənclərə tövsiyə edirəm ki, qarşıdakı növbəti beynəlxalq tədbirlərdə aktiv şəkildə iştirak etsinlər. Həm təcrübə qazansınlar, həm də sosial, təhsil həyatlarında müəyyən irəliləyişlər olsun".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

10 Noyabr 19:48
10 Noyabr 19:06
10 Noyabr 19:04
10 Noyabr 19:03
10 Noyabr 18:17
10 Noyabr 17:43
10 Noyabr 17:07
10 Noyabr 16:58
10 Noyabr 16:51
10 Noyabr 16:01
10 Noyabr 14:44
10 Noyabr 14:39
10 Noyabr 14:29
10 Noyabr 14:21
10 Noyabr 14:19
10 Noyabr 14:16
10 Noyabr 14:14
10 Noyabr 13:31
10 Noyabr 13:09
10 Noyabr 13:07
10 Noyabr 13:05
10 Noyabr 12:43
10 Noyabr 12:39
10 Noyabr 12:36
10 Noyabr 12:34
10 Noyabr 12:31
10 Noyabr 12:20
10 Noyabr 12:16
10 Noyabr 12:08
10 Noyabr 11:32
10 Noyabr 10:40
10 Noyabr 10:39
10 Noyabr 10:26
10 Noyabr 10:04
10 Noyabr 09:57
10 Noyabr 09:51
10 Noyabr 09:49
10 Noyabr 09:46
10 Noyabr 09:42
10 Noyabr 08:42
10 Noyabr 00:20
10 Noyabr 00:18
10 Noyabr 00:08
10 Noyabr 00:07
10 Noyabr 00:05
10 Noyabr 00:02
9 Noyabr 23:38
9 Noyabr 23:05
9 Noyabr 22:54
9 Noyabr 22:48
9 Noyabr 21:49
9 Noyabr 21:08
9 Noyabr 20:47
9 Noyabr 20:20
9 Noyabr 20:05
9 Noyabr 19:57
9 Noyabr 19:54
9 Noyabr 19:40
9 Noyabr 19:03
9 Noyabr 18:52
9 Noyabr 18:10
9 Noyabr 17:42
9 Noyabr 17:41
9 Noyabr 17:35
9 Noyabr 16:07
9 Noyabr 15:37
9 Noyabr 14:57
9 Noyabr 14:39
9 Noyabr 13:57
9 Noyabr 13:53
9 Noyabr 13:20
9 Noyabr 13:16
9 Noyabr 12:51
9 Noyabr 12:21
9 Noyabr 12:18
9 Noyabr 11:22
9 Noyabr 11:18
9 Noyabr 11:15
9 Noyabr 10:38
9 Noyabr 10:37
9 Noyabr 10:35
9 Noyabr 09:46
9 Noyabr 09:43
9 Noyabr 09:40
9 Noyabr 09:36
9 Noyabr 07:59
9 Noyabr 01:26
9 Noyabr 01:23
9 Noyabr 01:20
9 Noyabr 01:17
9 Noyabr 01:15
9 Noyabr 01:12
9 Noyabr 01:10
9 Noyabr 01:05
9 Noyabr 01:03
9 Noyabr 00:58
9 Noyabr 00:05
8 Noyabr 20:34
8 Noyabr 20:31
8 Noyabr 20:28
8 Noyabr 19:59
8 Noyabr 19:57
8 Noyabr 19:48
8 Noyabr 19:01
8 Noyabr 18:47
8 Noyabr 18:45
8 Noyabr 18:44
8 Noyabr 18:42
8 Noyabr 18:13
8 Noyabr 18:09
8 Noyabr 18:06
8 Noyabr 18:05
8 Noyabr 18:01
8 Noyabr 17:43
8 Noyabr 17:20
8 Noyabr 17:18
8 Noyabr 17:09
8 Noyabr 16:30
8 Noyabr 16:25
8 Noyabr 16:23
8 Noyabr 16:21
8 Noyabr 16:18
8 Noyabr 16:16
8 Noyabr 16:15
8 Noyabr 16:12
8 Noyabr 16:09
8 Noyabr 16:06
8 Noyabr 15:47
8 Noyabr 15:22
8 Noyabr 15:01
8 Noyabr 14:43
8 Noyabr 14:34
8 Noyabr 14:30
8 Noyabr 14:29
8 Noyabr 14:26
8 Noyabr 14:19
8 Noyabr 14:18
8 Noyabr 14:16
8 Noyabr 14:14
8 Noyabr 14:08
8 Noyabr 14:03
8 Noyabr 13:59
8 Noyabr 13:58
8 Noyabr 13:55
8 Noyabr 13:48
8 Noyabr 13:45
8 Noyabr 13:43
8 Noyabr 13:42
8 Noyabr 13:24
8 Noyabr 13:01
Ən son xəbərləri səhifəmizdən də izləyin