BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti oktyabrın 13-ü axşamdan 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında, 13-dən 14-ü səhərədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

 

Xidmətdən verilən məlumata görə, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan və Ağdamda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

 

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Tarix: 12 Oktyabr 2025, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin