BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb

2004-cü il təvəllüdlü, 23-24 həftəlik hamilə dekabrın 2-də saat 22:50 radələrində Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Bu barədə TƏBİB-dən bildirilib.

 

Qeyd olunub ki, pasiyentin daxil olarkən şikayəti, deməsinə görə, bir neçə gündür davam edən öskürəkdən, bədən temperaturunun yüksəlməsindən olub.

 

"Tənəffüs sistemi xəstəliyi, ağciyər çatışmazlığı, bakterial infeksiya, pnevmoniya diaqnozları təyin edilən şəxs klinik laborator instrumental müayinələrdən keçirilib, zəruri tibbi xidmətlər göstərilib.

 

03.12.2025 tarixində saat 01:30 radələrində xəstədə təngnəfəslik, ardından boğulma başlayıb. Reanimatoloq baxışından sonra müvafiq təyinatlar verilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 06:10 radələrində biolojı ölüm qeydə alınıb.

 

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aidiyyəti şöbəsinə təhvil verilib", deyə məlumatda bildirilib.

Tarix: 5 Dekabr 2025, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin