BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Ağalar Vəliyevlə bağlı açıqlama: “Bizneslə məşğul olmur”

"Ağalar Vəliyevin nə özü, nə də oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olur".

 

Bunu Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev Pərviz Vəliyevin Gürcüstana 50 milyon dollar sərmayə yatırması haqda xəbəri şərh edərkən deyib.

 

Deputat köməkçisi "Çavanşir Həsənlinin yazdıqlarının heç bir əsası yoxdur", - deyə bildirib.

 

Qeyd edək ki, deputat Ağalar Vəliyevin oğlu Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri Kabuletiyə 50 milyon dollar vəsait yatırıb. Bu barədə Avropada yaşayan jurnalist Cavanşir Həsənli məlumat verib.Qaynarinfo

Tarix: 20 İyul 2020, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin