BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan şəxslərin bank hesabları aktiv qala bilərmi? - AÇIQLAMA

Həbsxanada olan şəxslərin bank hesabları aktiv qalır.

 

Bu barədə Pravda.az-ın suallarını cavablandıran hüquqşünas Əkrəm Həsənov deyib ki, həbsdə olan şəxs öz bank kartını kiminsə istifadəsinə veribsə, həmin kartdan istifadə etmək olar.

 

“İcazə verməyibsə, həbsdə olan şəxs banka müraciət etməlidir ki, kartını bloklasınlar. Yəni həbsdən banka məktub yaza bilər. Bu, avtomatik baş vermir. Şəxsin hesabı aktiv qalır. Çünki bank vətəndaşın həbsdə olub-olmadığını bilmir”, - o deyib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Oktyabr 2025, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin