BURADA REKLAMINIZ OLA
BİLƏR

Səməd Seyidov: “Yaxın Şərqdə istifadə olunan sülh düsturu Prezident İlham Əliyev tərəfindən Azərbaycanda yaradılıb”

“Faktiki bu gün Yaxın Şərqdə istifadə olunan sülh düsturu cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda yaradılıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Səməd Seyidov deyib.

 

“Bu gün Azərbaycan Respublikasının Prezidenti artıq dünyanın ən aparıcı, güclü, böyük təsirə malik ölkələrin rəhbərləri ilə nəinki bir aradadır, bəzi hallarda onlardan qat-qat üstündür. Heç də təsadüfi deyil ki, Donald Tramp üzünü çevirərək bunu cənab Prezidentə bildirdi. Bəzi Qərb dövlətlərinin ayrı-ayrı siyasətçiləri hələ də qərəzli davranırlar. Donald Trampın bu addımı onlara ən ciddi cavabdır” – o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Oktyabr 2025, 13:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin