BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB Cavanşir Feyziyevin oğluna ofis və anbar kompleksinin icarəsinə görə 392 min ödəyəcək

TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi ofis və anbar icarəyə götürür.

 

Pravda.az-ın xəbərinə görə, obyektin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142 D ünvanıdır, ümumi sahəsi 12,552.30 kvadratmetrdir.

 

Qurum bunun üçün fərdi sahibkar Orxan Cavanşirlə müqavilə bağlayaraq 392 000 AZN ödəyib. Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Qeyd: O.Cavanşir deputat Cavanşir Feyziyevin oğludur. Sahibkarın adı "çirkli pullar"ın yuyulmasında hallanıb. 2021-ci ildə Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi Feyziyevlərin bank hesablarına yatırılan 15 milyon funt sterlinqin "çirkli pul" olduğunu açıqlayıb.

 

Cabir

Tarix: 14 Oktyabr 2025, 14:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin