BURADA REKLAMINIZ OLA
BİLƏR

Benzin və dizellə bağlı rəsmi məlumat

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4047,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artıb.

 

Bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

 

Hesabat dövründə neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 8,5%, qazoylların (dizel yanacağının) istehsalı 6,2%, ağ neft istehsalı 5,3%, avtomobil benzinin isəlı isə 1% artıb.

 

Yanvar sentyabr aylarında ölkədə neft bitumu istehsalı 9,9%, sürtkü yağları istehsalı isə 44,7% azalmışdır.

 

Azərbaycanda istehsal olunan neftməhsulları:

Məhsul növləri

2025-ci ilin yanvar-sentyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.10.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

1081,3

101

62,2

Ağ neft, min ton

518,8

105,3

27,9

Qazoyllar (dizel yanacağı), min ton

1861,9

106,2

159

Mazut, min ton

57,6

2,1 d.

1,2

Sürtkü yağları, min ton

27,3

55,3

1,5

Maye qazlar, min ton

169,2

111,8

2,3

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

 

581,4

 

66,9

 

58,6

ondan:

neft bitumu, min ton

190,9

90,1

14,9

neft koksu, min ton

170,4

108,5

43,3

Tarix: 14 Oktyabr 2025, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin