BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu işçilərin əməkhaqqısı artdı

2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib.

 

Bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

 

Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3849,8 manat, qeyri neft-qaz sektorunda 1042,6 manat təşkil edib:

 

"Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1063,6 manat, özəl müəssisələrdə isə 1123,8 manat olunub".

Tarix: 14 Oktyabr 2025, 18:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin