BURADA REKLAMINIZ OLA
BİLƏR

Metro və avtobusda "Birbank" mobil tətbiqi ilə ödənişdə çətinlik yarandı

"Hazırda "Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur".

 

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir. Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" rəqəmsal ödəniş sitemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur.

 

Qeyd edək ki, bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem müşahidə olunur. Bu səbəbdən metro və avtobuslarda sıxlıq yaranıb.

Tarix: 14 Oktyabr 2025, 19:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin